İki böyük dövlət yenə qarşı-qarşıya gəldi – kripyovalyuta birincisi kim olacaq?

İki böyük dövlət yenə qarşı-qarşıya gəldi – kripyovalyuta birincisi kim olacaq?

"Rəqəmsal yuan Çinin güclü dövlətə çevrilmək səylərində və ehtiyat valyuta baxımından ABŞ dolları ilə qarşıdurmada mühüm strateji rol oynayacaq".

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu London İqtisadiyyat Məktəbinin tədqiqat rəhbəri Garrik Hilman deyib.

O bildirib ki, Rəqəmsal yuandan ticarət və infrastruktur əməliyyatlarında "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində istifadə edilə bilər.

Qeyd edək ki, rəqəmsal yuan bu il istifadəyə verilə bilər, rəqəmsal ABŞ dolları isə bu işdə tələsmir. Mütəxəssislərin fikrincə, dolların az vaxt ərzində kriptovalyutaya keçməsi dünya valyutasına təsir edəcək.

Milli.Az

Mənbə: news.milli.az