Bu il ABŞ-ın büdcə kəsiri 1 trilyon dollar olacaq

Bu il ABŞ-ın büdcə kəsiri 1 trilyon dollar olacaq

Cari maliyyə ili ərzində ABŞ-ın federal büdcəsinin kəsiri 1 trilyon dolları ötəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Konqresinin Büdcə İdarəsinin məruzəsində bildirilir.

İdarənin məlumatına görə, kəsir ÜDM faizi ilə təxminən 4,6% faiz təşkil edəcək və 2030-cu ildə 5,4%-ə qədər artaraq, 1,3 trilyon dollara çatacaq. Büdcə idarəsinin mütəxəssisləri qeyd edirlər ki, əgər proqnoz doğru olsa, bu, son 100 il ərzində ABŞ-ın dövlət büdcəsi kəsirinin 5 il ərzində 4 faizdən çox göstərdiyi ikinci hadisə olacaq. Daha əvvəl belə göstərici İkinci Dünya müharibəsi zamanı və ondan sonrakı ilk illərdə qeydə alınıb.

ABŞ-ın federal büdcə defisiti axırıncı dəfə 2012-ci ildə 1 trilyon dollara çatıb. Pik hədd 2009-cu ildə müşahidə olunub. Həmin vaxt kəsir 1,4 trilyon dollara çatıb.

Mənbə: report.az