API: ABŞ-ın neft ehtiyatları azalıb

API: ABŞ-ın neft ehtiyatları azalıb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (20-26 yanvar) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 4,3 mln. barel azalaraq 429 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 482 min barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Mənbə: apa.az