İran-Azərbaycan birgə sənaye parkı yaradılır

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində İran-Azərbaycan birgə sənaye parkının inşası üzrə müqavilə imzalanıb.

Trend valiliyin informasiya portalına istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Onun sözlərinə görə, İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı və Ərdəbil valiliyi arasında imzalanan müqaviləyə əsasən hər iki tərəf birgə parkın inşası xərclərini qarşılayacaq.

Behnamcu əlavə edib ki, bu parkın inşa edilməsi ilə Ərdəbil vilayətində yerli və xarici investorların iştirakına şərait yaranacaq.

Ərdəbil valisi inşa ediləcək parkın ərazisinin 95 hektara müvafiq olacağını vurğulayıb.

“Müqavilədə Miyana-Ərdəbil dəmiryolunun 2 nömrəli sənaye parkına birləşdirilməsi nəzərdə tutulub”, – deyə o qeyd edib.

Behnamcu bildirib ki, 2 nömrəli sənaye parkının Ərdəbil aeroportu və Ərdəbil-Astara magistral yolunun yanında yerləşməsi investorların marağına səbəb olub.

Qeyd edək ki, İranın Ərdəbil vilayətində birgə sənaye parkının yaradılması üzrə rəsmi Bakı və Tehran arasında ilkin razılıq əldə olunub.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın futbol millisi Antalyada yoxlama oyunu keçirəcək

SONRAKI XƏBƏR

Sabirabadda 57 yaşlı kişi Kürdə batıb