"Şəhərsalma ilə bağlı addımlarda nəqliyyat məsələləri ön plana çəkilir" - BNA

"Şəhərsalma ilə bağlı addımlarda nəqliyyat məsələləri ön plana çəkilir" - BNA

Əvvəllər nəqliyyatla bağlı məsələlər üçüncü və ya dördüncü planda olub

"Biz indi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sırf əməkdaşlıq şəraitində fəaliyyət göstəririk". Avtosfer.az xəbər verir ki, bunu APA TV-nin "Hüquq vaxtı" verilişində Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib. "Şəhərsalma ilə bağlı bundan sonra atılacaq addımlarda nəqliyyat məsələləri ilk olaraq ön plana çəkilir. Hər hansı bir yaşayış binasının və ya obyektin tikintisi zamanı mütləq şəkildə onun nəqliyyat məsələsi indidən müzakirə olunur. Əvvəllər nəqliyyatla bağlı məsələlər üçüncü və ya dördüncü planda olub", - deyə M.Ağayev qeyd edib.

 

Mənbə: big.az