İran üzərindən uçuşlarla bağlı məhdudiyyət aradan qaldırılıb

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) İran üzərində uçuşlardan imtina ilə bağlı tövsiyəsinə xitam verib.

“Report” bu barədə qurumun saytına istinadən xəbər verir.

Belə ki, ötən gün Agentliyin hava nəqliyyatının təhlükəsizliyi ilə bağlı risqlərin dəyərləndirilməsi qrupunun iclasında İran üzərindəki uçuşların təhlükəsizliyinə dair məlumat dinlənilib. İclasda daha əvvəl çıxarılan tövsiyəni ləğv etmək qərarı verilib.

Bununla yanaşı, İraq üzərində də uçuşlara dair məhdudiyyət ləğv edilib.

Qeyd edək ki, İranın hava məkanındakı uçuşların tövsiyə edilməməsinə dair qərar yanvar ayının əvvəllərində Tehran yaxınlığında Ukrayna sərnişin təyyarəsinin qəzasından sonra verilmişdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Honda” və “Toyota” da Çindəki istehsalını dayandırdı- SƏBƏB...

SONRAKI XƏBƏR

"İlhamə və Flora Kərimova arasında yaşanan qalmaqal..." - Cavan Zeynallıdan MARAQLI AÇIQLAMALAR