“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 26% azalıb

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 26% azalıb

“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ili 3,977 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 26,2% azdır.

Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 48,504 milyon manat (illik müqayisədə 6,6% az), xərcləri 32,204 milyon manat (6,8% az), xüsusi ehtiyatlara ayırmaları 10,927 milyon manat (8,75% çox), mənfəət vergisi ödəmələri isə 1,396 milyon manat (28,6% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 428,577 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,45% çoxdxur. Bunun 143,41 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 10,8% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 0,2% azalaraq 347,315 milyon manata düşüb, o cümlədən depozit portfeli demək olar ki, dəyişməyərək 320,826 milyon manat olub, balans kapitalı isə 3,2% artaraq 81,262 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Mənbə: report.az