Azərbaycanda satıcısız mağaza açıqldı

Son illər beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanda abadlıq-quruculuq işləri və müasir səviyyəli sanatoriyaların tikintisi davam etdirilir.

FED.az xəbər verir ki, 2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycanda ilk dəfə “Naftalan 24/7” satıcısız pilot-layihə mağazasının təqdimatı keçirilib.

Bu tip proyektlər artıq xaricdə bir neçə ölkədə mövcud olsada ,Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib. “Naftalan 24/7”- satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həmdə də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu Pilot-layihə “Ədalət-testi” kimi də adlandırıla bilər .

Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac duyduğu mallarda satışa çıxarılıb.

“Naftalan məlhəmi” MMC-nin 20-yədək ilk tələbat malları - diş pastaları, kremləri, yağları,şampunları, sabunları və digər mallar satışa çıxarılıb.

Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

 

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Yaşlı anasını döyüb öldürdü - FOTO

SONRAKI XƏBƏR

Güləşçimiz 8:0 geridə olduğu görüşdə ermənini belə məğlub etdi - VİDEO