Bu ilin əvvəlində məşğul əhalinin 1,6 milyondan çoxu qeyri neft-qaz sektorunda çalışıb

Bu ilin əvvəlində məşğul əhalinin 1,6 milyondan çoxu qeyri neft-qaz sektorunda çalışıb

Bu il fevralın 1-nə olan ilkin məlumata əsasən ölkəmizdə əmək qabiliyyətli 5 milyon 188 min 900 nəfərin 4 milyon 937 min 300 nəfəri məşğul əhalidən ibarətdir.

 

Dövlət Statistika Komitəsinin Primetime.az-a verilən məlumata görə, yanvarın 1-nə olan ilkin məlumata əsasən muzdla işləyənlərin sayı 1 milyon 645 min 400 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914 min 500 nəfər, qeyri-dövlət sektorunda isə 730 min 900 nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 34 min 800 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 610 min 600 nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyib.

Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.

Mənbə: primetime.az