Damazlıq təsərrüfatları 13500 mal-qara, qoyun, keçi satıb

Damazlıq təsərrüfatları 13500 mal-qara, qoyun, keçi satıb

2020-ci ilin yanvar ayı üzrə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 41,9 min ton ət, 154,8 min ton süd, 160,3 milyon ədəd yumurta istehsal edilib.

Dövlət Statsitika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 11,2 faiz artıb.

2020-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 16,6 min baş iribuynuzlu mal-qara, 21,8 min baş qoyun və keçi mövcud olub.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 4,1 min baş iribuynuzlu mal-qara, 9,4 min baş qoyun və keçi satıb.

Mənbə: modern.az