Büdcə təşkilatlarının elektrik enerjisindən istifadəsi artıb

Büdcə təşkilatlarının elektrik enerjisindən istifadəsi artıb

Bakı, 18 fevral, AZƏRTAC

Keçən il dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 milyard 259,4 milyon kilovat/saat elektrik enerjisindən istifadə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2018-ci illə müqayisədə büdcə təşkilatlarının elektrik enerjisindən istifadəsi 7,8 faiz artıb.

Mənbə: azertag.az