Ötən ay 52,4 milyon manatlıq tikinti materialı istehsal edilib

Ötən ay 52,4 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 35,2 faiz artaraq 52,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində asfalt istehsalı 76,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 21,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,4 faiz, tikinti kərpicinin istehsalı 8,3 faiz artıb.

Tikinti gipsinin istehsalı 5,5 faiz, tikinti əhənginin istehsalı 26,2 faiz, sementin istehsalı isə 24 faiz azalıb.

Mənbə: azertag.az