Azərbaycanın hansı rayonunda nə qədər donuz saxlanılır? - Rayonlar üzrə SİYAHI

Azərbaycanın hansı rayonunda nə qədər donuz saxlanılır? - Rayonlar üzrə SİYAHI

Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 5 min 822 baş donuz mövcud olub.
Faktaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 6,1% və ya 337 baş artıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı ən çox Şabran və Gədəbəy rayonlarında artıb. Belə ki, 2019-ci il ərzində Şabranda donuzların sayı 1,8 dəfə artaraq 4 başdan 7 başa yüksəlib. Gədəbəy rayonunda isə donuzların sayı 48,3% dəfə artaraq 207 başdan 307 başa çatıb. Ən böyük azalma isə Oğuz rayonunda qeydə alınıb. Son bir ildə bu rayonda donuzların sayı 66,7% azalaraq 45 başdan 15 başa düşüb.
Son 3 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
Şəhər və rayonlar2017-ci il2018-ci il2019-cu il
Bakı ş.152645681
Xızı198200220
Abşeron135190179
Gədəbəy90207307
Goranboy-6450
Balakən-10-
Qax1 8761 6791 779
Oğuz154515
Qəbələ1 115750761
Xaçmaz566456477
Şabran747
Siyəzən-1825
Kürdəmir222150170
İsmayıllı311304287
Naxçıvan ş.169593723
Babək--21
Culfa-170120
CƏMİ4 8565 4855 822

Mənbə: faktaz.com