HSBC 35 min əməkdaşını ixtisar edəcək

HSBC 35 min əməkdaşını ixtisar edəcək

Böyük Britaniyanın HSBC bankı 2019-cu ilin nəticələrini dərc edib və qarşıdakı irimiqyaslı islahatları açıqlayıb.

“Report”un məlumatına görə, qlobal bankinq və kommersiya bankinqlərinə 7,3 milyard dollarlıq silinmə səbəbindən bankın səhmdarının mənfəəti 53% azalaraq 6 milyard ABŞ dollarına enib.

Vergilərəqədərki mənfəət 33% azalaraq 13,3 milyard ABŞ dollarına düşüb, hərçənd analitiklər bu rəqəmin 20,03 milyard ABŞ dolları olacağını gözləyirdilər.

Bununla əlaqədar olaraq, bank 2022-ci ilə qədər göstəriciləri yaxşılaşdırmaq üçün hazırlanmış islahat proqramı təqdim edib. HSBC xərcləri əhəmiyyətli dərəcədə azaltmağı, təşkilati strukturu sadələşdirməyi, səmərəliliyi və rəqabət qabiliyyətini artırmağı planlaşdırır.

Bankın planlarını şərh edən HSBC-nin baş direktoru vəzifəsini icra edən Noel Kuin “Reuters”ə müsahibəsində yaxın üç il ərzində bankın əməkdaşlarının sayının 235 mindən 200 minə qədər azaldılacağını söyləyib.

Mənbə: report.az