Zərgərlik bazarında statistika ilə real göstəricilər arasındakı ciddi fərq

Zərgərlik bazarında statistika ilə real göstəricilər arasındakı ciddi fərq

Vəya zahiri parıltının altında xoş olmayan mənzərə
"Azərbaycanda zərgərlik sahəsində fəaliyyətgöstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsitəmin edilməlidir”. Bunu "Azərbaycanda zərgərlik bazarının inkişafperspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilənsahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına bu sahədə dəstəkolmağa hazırdır.
"Təəssüf ki, sektordaşəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltınınaltında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarınınreal vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi,dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatlarıilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Butədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır" - deyə nazirqeyd edib.
O əlavə edib ki, statistika ilə realgöstəricilər arasında ciddi fərqlər mövcuddur: "Bir çox hallarda kölgəiqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yaddasaxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaffəaliyyət göstərəcəklər".
Nazir həmçinin bildirib ki, Azərbaycandazərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqlarınolduğunu göstərir. Onun sözlərinə görə, bazariştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmiəməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydadaalmaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi) birneçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi,bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir. "Qızıl vəqiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmamağı, həmçininmaliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həmistehlakçıların hüquqlarına, həm də bizim strateji hədəflərimizəzərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əməkmünasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığıaradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır" - deyə nazirbildirib.
Daha sonra çıxış edənDövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib ki, zərgərliksahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik: "Bu sahədə idxal, yerliistehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda, bizöz fəaliyyətimizi təşkil edə bilmirik. Kölgə iqtisadiyyatı ilə mübarizənivahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcəkinkişafı qaçılmazdır. Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçılarınbazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistikgöstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçandeyil. Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGKqarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindənbiri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiqolunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunutənzimləmək mümkün deyil. Bunun yolu, gələcəyə yönəlmiş təkliflərindəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgəmübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təminedilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansıverginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişafetdirilməsi mümkün deyil”.
Sədr həmçinin qeyd edib ki,gömrük sahəsi ilə bağlı qanunvericilikdə də problemlər var: "Qanunvericilikdəidxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması, leqalfəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə mallarını gətirməsinə şəraityaradır və bu məsələlərlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həmdə idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”.
"Sonzamanlar ölkə əhalisinin tələbatı daha çox xaricdə istehsal olunmuş və ölkəyəidxal edilən zərgərlik məmulatları hesabına ödənilir. Lakin bu məhsullarınidxalı üzrə son illərin statistik göstəriciləri hesab edirik ki, reallığı əksetdirmir. Belə ki, 2019-cü il ərzində ölkəyə idxal olunan zərgərlik məmulatlarınındəyəri 15,6 milyon ABŞ dolları təşkil edib. Biz isə təxmin edirik ki, realbazar həcmindən dəfələrlə aşağı göstəricidir”.
Bu sözləriisə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədriOrxan Məmmədov deyib: "Hesab edirik ki, göstəricilərin bu səviyyədəolması, idxal rüsumlarının çoxluğu, məhsul idxalçılarının vergidən yayınmaməqsədilə əməliyyatların qeyri-leqal yollarla həyata keçirməsi ilə bağlıdır.Bir zamanlar, yəni 2000-ci illərin ilk onilliyində bütün Qafqaz regionundazərgərlik məmulatlarının əsas satış bazasını Azərbaycan təşkil edirdisə, indibu bazar itirilmiş vəziyyətdədir və ölkəmizin bu bazar payı daha çox Körfəzdövlətlərinə, Türkiyə və digər MDB ölkələrinə ötürülüb, hətta bəzi yerlişirkətlərimiz belə öz bizneslərini həmin ölkələrə köçürüb".
Maraqlıdır, zərgərlik bazarında şəffaflığı təmin etmək üçün hansıaddımlar atılmalıdır?
Bazarla bağlı məlumat əldə etmək üçün ilk olaraq zərgərlərləhəmsöhbət olduq. Zərgərlər hazırda bazarda durğunluq yaşandığını bildirirlər:"Qızıl istər baha olsun, istər ucuz, toy edən mütləq almalıdır. Amma məsələburdadır ki, əvvəlki alıcılıq qabiliyyəti yoxdur. Çünki qiymətlər bahadır və buqiymətlər də bizim ölkəmizdə yox, dünyada tənzimlənir. Alıcılıq qabiliyyətiniartırmaq üçün yerli istehsalat olmalıdır. Qızılın istehsalında istifadə edilənbir aparat var ki, onun qiyməti çox bahadır. Əgər hökumət dəstək göstərərəkgüzəştli kreditlər tətbiq edərsə, gömrük rüsumu azalarsa, qızılın qramında 2-3dollar fərq olar. Digər tərəfdən müəyyən qədər də olsa, bu sahədə olanmonopoliya aradan qalxmalıdır. Nəzarətə gəlincə, respublika üzrə bütün qızılbazarına nəzarət etmək mümkün deyil. El dilində istifadə edilən "qara bazar”yenə olacaq”. Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov bu sahədə ciddiproblemlərin yaşandığını bildirir: "Çoxtəəssüf ki, qızıl və qızıl məmulatları Nazirlər Kabinetinin qərarına görə,dəyişdirilməyən və qaytarılmayan mallar sırasındadır. Yəni bu malları aldınsa,onu nə qaytara, nə də dəyişdirə bilərsən. Bu, istehlakçılar üçün ciddi problemyaradır və iki il öncə maliyyə nazirinin yanında Dövlət Əyyar Palatası ləğvolundu. O vaxta kimi palata Azərbaycana gələn qızıl məmulatlarının yoxlayıb üzərinəromb nişanı vururdu və istehlakçılar da baxırdılar ki, bu nəzarətdən keçirilib,yoxlanılıb. Əyyar Palatası da demək olar ki, qızıl bazarına nəzarət edirdi. Bu,istehlakçı üçün əhəmiyyətli bir məsələ idi. Loqonu görürdülər və inanırdılar. İndiisə bu da yoxdur. Hökumətin sahibkarlar üçün yaratdığı toxunulmazlıqsiyasətindən, çox təəssüf ki, bəziləri sui-istifadə edir. Belə ki, bizə verilənməlumata görə, ölkənin qızıl bazarına hər cür saxta, keyfiyyətsiz qızıl vəqızıl məmulatları gətirilir. Biz Azad İstehlakçılar Birliyi olaraqvətəndaşlarımıza bu sahədə hər cür hüquqi xidməti təmənnasız göstərməyəhazırıq. Şəffaflığı təmin etmək üçün ciddi şəkildə monitorinqlər aparılmalıdır.Qızılın alıcılarının hüquqlarını qoruyan bir təşkilatın yaradılması da yaxşıolardı”. İqtisadçı Pərviz Heydərovun sözlərinəgörə, bu sahədə təhlil və monitorinq işləriaparılmalıdır: "Ölkəmizdə qızıl hasilatı hələ illər öncə təşkil edilib. Busahədə müvafiq şirkətlər fəaliyyət göstərir, dünya bazarlarına məhsul ixrac edirik.Bu sahədən yaxşı gəlir əldə edirik. Lakin acınacaqlı vəziyyət ondan ibarətdirki, yerli zərgərlik fəaliyyəti çox zəif inkişaf edib. Hətta mən deyərdim ki, busahədə təşəkkül tapmış sahibkarlar, istehsalçılar qrupu mövcud deyil. Həqiqətəntəəssüfləndirici haldır. Biz bu gün istənilən zərgərlik məhsulu satan şəbəkəyəyaxınlaşsaq, görərik ki, həmin məhsulun hamısı kənardan idxal edilib. Xüsusilədə Türkiyə, Ərəbistan, İtaliya, Rusiya kimi ölkələrdən gətirildiyini deməkolar. Çünki həmin məhsulların ölkəyə idxal edilməsi, satışının təşkil olunmasıbu sahədə yerli istehsala məxsus məmulatların satışından daha ucuz başa gəlir.Bunun isə vergi və gömrük rüsumlarının tətbiqi ilə bağlı nə dərəcədə əlaqəliolduğunu demək çətindir. Ona görə ki, bu istiqamətdə təhlil və monitorinqişləri aparılmalıdır. Amma real vəziyyət budur ki, xaricdən gələn məhsul mayadəyərindən ucuz bazara daxil olduğu üçün onlar yerli zərgərlik məmulatlarınıbazardan sıxışdırıb çıxardır. Ona görə də, İqtisadiyyat naziri MikayılCabbarovun, DSX sədri Səfər Mehdiyevin dediyi kimi, bu sahədə müvafiqtənzimlənmələrə, idarəetməyə ehtiyac var. Bu istiqamətdə vahid mexanizmyaratmaq lazımdır. Yerli istehsalçıların maraqlarını qorumaq əsas şərt təşkiletməlidir. Ölkəmizdə bu sahədə fəaliyyət göstərəcək kifayət qədər mütəxəssisvar və onların əməyindən, təcrübəsindən istifadə etmək lazımdır. Son olaraqbelə nəticəyə gəlmək olar ki, burada problem gömrük, vergi rüsumları iləbərabər, həm də istehsal xərcləri, maya dəyəri ilə bağlıdır. Bunları növbəti mərhələdətənzimləməyi bacarsaq, bazarda inkişaf əldə etmək olar”. Günel Azadə

Mənbə: kaspi.az