Bankların zərər etməsinin əsas səbəbi bilindi - Əkrəm Həsənovdan maraqlı yanaşma

Bankların zərər etməsinin əsas səbəbi bilindi - Əkrəm Həsənovdan maraqlı yanaşma

20 fevral, Fineko/abc.az. Bankların maliyyə hesabatlarına etibar etmirəm.

Bunu ABC.AZ-a açıqlamasında bank sektoru üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün ötən illə müqayisədə əməliyyat mənfəətinin çox olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əslində zərərlə işləyən bankların sayı daha çoxdu. Ekspert hesab edir ki, bankların zərər etməsinin əsas səbəbi kreditləri qaytara bilməmələri və daha çox ehtiyat yaratmalıdır.

Ə.Həsənov qeyd edib ki, əslində zərərlə işləyən bankların mənfəətdən çıxma ehtimalı var: “Tutalım bank 100 milyon manatlıq kredit verir. Onun 50 milyon manatı qayıtmır. İllərlə məhkəmə prosesləri gedir. Artıq Mərkəzi Bankın qaydalarına görə burda 100 faiz ehtyat yaradılmalıdır. Bank əlavə pul qoymalıdır. Bu artıq itkidir. Amma sabah həmin krediti məhkəmə yolu ilə, girovun satlması ilə və.sairə formada qaytarandan sonra o ehtiyat yerinə qayıdacaq. Yəni 50 milyonluq itki yoxdu. Əslində buna görə də zərərlə işləyən Banklar problemli kreditlərini həll etdikcə o zərər azala bilər. Ona görə də ilk növbədə həmin kreditlərin həqiqi keyfiyətini bilmək lazmdır. O qaytarlmayan kreditin yaxşı girov təminatı varsa əvvəl- axır qayıdacaq. Bankda zərərdən çıxacaq”.

Müəllif: Elmir Murad

Mənbə: abc.az