Xüsusi bank kartı alan azərbaycanlı tələbələrin sayı artdı

Xüsusi bank kartı alan azərbaycanlı tələbələrin sayı artdı

Bu gün “Mastercard”la birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin tələbələrinə xüsusi bank kartı paylanılıb.

“Report” xəbər verir ki, mərasim Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyevin iştirakı ilə baş tutub

O, bildirib ki, gənclər bu kartlara sahib olmaqla nağdsız ödəniş vərdişlərinə yiyələnəcəklər.

“Nağdsız ödənişlərin artması Azərbaycan iqtisadiyyatı üçün çox mühümdür. Çünki, bu ödənişlərdə 10% artım “kölgə iqtisadiyyatı”nda 5% azalma deməkdir. Bu gün artıq 18 minə yaxın tələbə xüsusi bank kartı ilə təmin olunub. Növbəti mərhələdə bu rəqəm 23 minə çatdırılacaq. Bu kartlardan ictimai nəqlliyyatda, iaşə obyektlərində və digər sahələrdə geniş istifadə üçün şərait yaradılacaq”, - deyə AMB rəsmisi qeyd edib.

Mənbə: report.az