Əmanətlərin tam sığortalanması imkanı başa çatır - MƏBLƏĞ MƏHDUDİYYƏTİ OLACAQ

Əmanətlərin tam sığortalanması imkanı başa çatır - MƏBLƏĞ MƏHDUDİYYƏTİ OLACAQ

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti 2020-ci ilin Mart ayının əvvəlində başa çatacaq.

FED.az xəbər verir ki, Qanunun daha 1 il uzadılmayacaq. İlkin mərhələdə milli valyutada 100 min manatadək, xarici valyutada 100 min dollaradək qəbul edilmiş əmanətlərin sığortalanmasına keçid müzakirə edilir.

Qeyd edək ki, 4 il əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” Qanunu qəbul edilənədək 30 min manatadək əmanətlər sığortalı hesab olunurdu.

Beləliklə, qəbul edilən əmanətlər üzrə məbləğ tələbi 3 dəfədən çox artırıla bilər.

1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. 4 ildir əmanətlər üzrə məbləğ məhdudiyyəti yoxdur.

Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, əmanətlərin 100% sığortalanmasından mərhələli çıxmaq məqsədəuyğun olardı:

“Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür. Düşünürük ki, tam sığortalanmadan çıxış mərhələlər ilə, yumuşaq olmalıdır. Tam sığortalnamadan əvvəl maksimum məbləğ 30 min manat idi. Biz düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonra tam sığortalanmadan mərhələlər ilə çıxmalıyıq. Əhali tam əmin olmalıdırlar ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Biz bu məqsədlə qanun layihəsini hazırlayacağıq. Bildiyimiz kimi, Azərbaycanın yeni parlamenti işləməyə başlayacaq. Yeni parlamentin ilk toplantılarında biz bu prosesləri başa çatdıracağıq”.

Marja

Mənbə: fed.az