Türkiyənin milli elektrikli qatarı nə zaman xəttə çıxarılacaq? – Nazir AÇIQLADI

Türkiyənin milli elektrikli qatarı nə zaman xəttə çıxarılacaq? – Nazir AÇIQLADI

Türkiyənin milli elektrikli qatarının nə zaman xəttə çıxarılacağı məlum olub.


TED.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, qatar mayın 29-da ilk səfərinə çıxacaq.


Nazir qeyd edib ki, həmin gün xəttə üç qatar çıxarılacaq: "Hər şey yolunda getsə, sentyabrda elektrikli qatar vətəndaşların ixtiyarına veriləcək".
Bu qatarların saatda 160 kilometr sürətlə hərəkət edə biləcəyini deyən M.Varank növbəti addım 200 km/s sürət həddini keçən sürət qatarların istismara verilməsidir.

O vurğulayıb ki, gələcək 15 ildə Türkiyənin dəmiryolu xətlərinə 15 milyard avro yatırım edəcəyini də diqqətə çatdırıb.

Mənbə: ted.az