Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər

Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər

Azərbaycanın da üzv olduğu OPEK+ ittifaqı dağıla bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusa görə ucuzlaşana neft qiyəmtləri fonunda Səudiyyə Ərəbistanı OPEK+ çərçivəsində hasil etdiyi neftin həcmini üzv ölkələrin ziddinə azaltmaq istəyir.

Amm bu ittifaqa qoşulan əsas neft hasilatçısı Rusiya Ər-Riyadın bu istəyi ilə razı deyil. Buna görə də Səudiyyə Ərəbistanı Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi üzv ölkələrlə birlikdə hasilatı sutkalıq daha 300 min barel azaltmağı düşünür.

“Əgər səudilər bu addımı atsa, OPEK+ bir razılaşma kimi yox olacaq və OPEK neft qiymətlərinə əvvəlki kimi təsir edə bilməyəcək”-deyə “Uoll Strit Jornal” proqnoz verib.

Səudiyyə Ərəbistanın energetika naziri Əbdüləziz ben Salman koronavirusu söndürülməsi tələb olunan yanğınla müqayisə edib. Onun fikrincə, Rusiya və digər ölkələrlə koordinasiya olmadan da Səudiyyə Ərəbistanı hasilat artımı riskinə gedə bilər.

Xatırladaq ki, Azərbaycan da OPEK+ ittifaqının üzvüdür. Bu razılaşma çərçivəsində rəsmi Bakı 2020-ci ilin yanvarından sutkada 769 min barel neft hasil edir.

Mənbə: modern.az