Hindistanın şimalında ehtiyatı 3 min tondan çox olan qızıl mədəni aşkarlanıb.
KONKRET.az xəbər verir ki, hazırda ölkənin ehtiyatları 620 ton qiymətləndirilir.
Qeyd edək ki, Hindistan geoloqları ölkənin şimalındakı Uttar Pradeş əyalətində ehtiyatları təxminən 3 min ton qiymətləndirilən qızıl filizi yatağı tapıblar.
Mədən uğurla inkişaf etdirilsə, ölkə ildə 840 tona yaxın olan qızıla olan tələbatını qismən təmin edə bilər. Hazırda Hindistan ildə cəmi iki-üç ton qızıl istehsal edir və xaricdən qiymətli metal idxal etmək məcburiyyətində qalır.
“Times of India” qəzetinin yazdığına görə, alimlərin hesablamaları düzgün olarsa, qızıl ehtiyatları olan ölkə dünyada ABŞ-dan sonra ikinci yerdə olacaq. Hal-hazırda Hindistanda ehtiyatlar 620 ton, ABŞ-da 8.1 min ton, hazırda Almaniyada ikinci ən böyük qızıl istehsalçısıdır – 3,4 min ton.
Mənbə: konkret.az