"Saudi Aramco" şirkəti ölkədə ən böyük qaz yatağının işlənilməsinə başlayacaq

"Saudi Aramco" şirkəti ölkədə ən böyük qaz yatağının işlənilməsinə başlayacaq

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkəti təxminən 56,6 milyard kubmetr ehtiyatı olan Cəfur krallığında ən böyük qaz yatağının işlənməsinə başlayacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

“Saudi Aramco” şirkətinin idarə heyətinin sədri Yasir Otman əl-Rumayyan qeyd edib ki, “Cafur” yatağının işlənməsi şirkətin qlobal enerji sektorundakı mövqeyini gücləndirəcək və onun dünyanın qabaqcıl kompleks enerji və kimya şirkətinə çevrilməsinə kömək edəcək”, - açıqlamada belə deyilir.

“Saudi Aramco” yatağın işlənilməsinə 2024-cü ildə başlayacaq. Şirkət 2036-cı ilə qədər yataqda qaz hasilatının gün ərzində təqribən 62 milyon kubmetrə çatacağını gözləyir.

Mənbə: apa.az