Yevlax rayonunun 18 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulacaq

Yevlax rayonunun 18 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulacaq

Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun 18 kəndinin elektrik təsərrüfatı yenidən qurulacaq. Artıq Balçılı və Nemətabad kəndlərində bu işlərə başlanılıb. Balçılı kəndində 0,4 kVa-luq elektrik verilişi hava xəttində 238 ədəd metal dayaq basdırılıb, 5,3 kilometr özü izolyasiyalı kabel çəkilib, 76 ədəd Smart-kart tipli sayğaclar quraşdırılıb. Nemətabad kəndində isə 30 ədəd dayaq basdırılıb, 1,2 kilometr özü izolyasiyalı kabel xətti çəkilib. Hazırda işlər davam etdirilir.

Bundan başqa Tanrıqulular kəndində 57 ədəd, Yeni Çobankərə kəndində 6 ədəd, Ərəş kəndində 18 ədəd, Ərəbbəsrə kəndində 10 ədəd, Qaroğlan kəndində 10 ədəd, Xanabad kəndində 6 ədəd, Səmədabad kəndində 3 ədəd, Qaramanlı kəndləri ərazisində 28 ədəd yararsız dayaqlar yeni dəmir beton dayaqlarla əvəz edilib. Kövər kəndinin mərkəzi ferma adlanan ərazisində məskunlaşmış məcburi köçkünləri elektrik enerjisi ilə təmin etmək məqsədi ilə 2,1 kilometr uzunluğunda 10 kV-luq xətt çəkilib. mişdir.

Yevlax şəhərinin və kənd yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi ilə təmin olunmasında mühüm əhəmiyyəti olan 110/35/10 kVa-luq Yevlax yarımstansiyasında keçən əsrin 50-ci illərində tikilmiş qapalı paylayıcı qurğunun əsaslı təmir və yenidən qurulması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.

Mənbə: azertag.az