Astara gömrük postunda keçid müvəqqəti dayandırıldı

Astara gömrük postunda keçid müvəqqəti dayandırıldı

Astara Gömrük Postundan İrana keçid dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”un Cənub bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

Mənbə: report.az