Rus pulu dəyər itirir, dolların məzənnəsi artır

Rus pulu dəyər itirir, dolların məzənnəsi artır

Rusiya rublu son ayların ən ağır dövrünü keçirir. Qonşu dövlətin milli valyutası dayanmadan dəyər itirir.

Bizimyol.info xəbər verir ki, bu gün Rusiyada xarici valyutaların rubla nisbətən məzənnəsi yüksəlib. 1 ABŞ dolları 65 psixoloji həddini keçib. Hətta günorta saatlarında dollar 66 rubla yaxınlaşırmış.

Axırıncı dəfə keçən il oktyabrın 9-da ABŞ pulunun Rusiya bazarında belə güclənməsi müşahidə olunmuşdu. Mütəxəssislər prosesin davamını gözləyir.

Dollarla yanaşı, avro da rubla nisbətən güclənib. Bu gün 1 avro təxminən 70 rubla dəyişdirilirmiş.

Mənbə: www.bizimyol.info