Ötən il Gədəbəydə iki avtomobil yolunun tikintisi başa çatdırılıb

Ötən il Gədəbəydə iki avtomobil yolunun tikintisi başa çatdırılıb

Ötən il Gədəbəy rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr davam etdirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ildə Gədəbəyin Arıqdam-Söyüdlü-Soyuqbulaq (22,2 kilometr) və Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 kilometr) –İsalı-Zamanlı (23,48 kilometr) avtomobil yollarının, o cümlədən Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi başa çatdırılıb.

Qış mövsümündə hərəkətin intensivliyinin təmin edilməsi və sürüşkənliyə qarşı mübarizə məqsədilə texniki duz və qum qarışığı tədarük edilib.

Mənbə: azertag.az