Rus pulu “ölür”

Rus pulu “ölür”

Koronavirus bir çox valyutalara yalnız pis təsir göstərir. Məsələn, Rusiya rublu dayanmadan dəyər itirir.

Bizimyol.info xəbər verir ki, bir həftədir rus pulu Qərb valyutalarına nisbətən zəifləyir. Xəbər hazırlananda 1 dolların məzənnəsi 66,35 rubl həddinə çatmışdı. Halbuki gün ərzində göstərici daha aşağı olub.

 

 

Mütəxəssislər rublun dəyər itirməkdə davam edəcəyini düşünür. “Sberbank” rəhbərliyi isə nikbin açıqlamalar verir. Onların fikrincə, rublun zəifləməsi uzun sürməyəcək.

Təbii ki, avro da rublla münasibətdə güclənib. İndi 1 avro 72,57 həddinə çatıb.

Mənbə: www.bizimyol.info