Şirvanda ümumi məhsul buraxılışının həcmi artıb

Şirvanda ümumi məhsul buraxılışının həcmi artıb

2019-cu ildə Şirvanda ümumi məhsul buraxılışının həcmi 2018-ci illə müqayisədə 22,6 faiz artaraq 877 milyon manat olub.

Şirvan Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə mübirinə bildirilib ki, ümumi məhsul buraxılışında sənayenin həcmi 10 faiz artaraq 506 milyon manat təşkil edib. Digər sahələrin ümumi məhsulda payı 42 faiz həcmində olub. Sənaye sahələrində istehsal olunan məhsulun 56 faizi və ya 282 milyon manatı dövlət, 44 faizi və ya 224 milyon manatı isə qeyri dövlət müəsisəsi və təşkilatları tərəfindən istehsal edilib. Ötən il şəhərdə 249 min ton neft, 7,5 milyon kubmetr qaz və 5 milyard 85 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 501 manat olub ki, bu da 2018-ci illə müqayisədə 13 faiz çoxdur.

Mənbə: azertag.az