Koronavirus manata təzyiqləri artıracaq – BAHALAŞMANIN QARŞISINI ALMAQ MÜMKÜNSÜZƏ ÇEVRİLİR

Koronavirus manata təzyiqləri artıracaq – BAHALAŞMANIN QARŞISINI ALMAQ MÜMKÜNSÜZƏ ÇEVRİLİR

"Koronavirus sərhədi keçərsə, bunun Azərbaycaniqtisadiyyatına birbaşa təsirləri olacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri koronavirusunAzərbaycana keçəcəyi təqdirdə ölkə iqtisadiyyatına vura biləcəyi təhlükələrədndanışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovdeyib:

"Dolayı təsir ondan ibarətdir ki, dünyaiqtisadiyyatı zəifləyir və Azərbaycanınixrac bazarlarında da imkanlar zəifləyir. Bu isə növbəti dövrlərdə Azərbaycanınixrac gəlirlərinin azalmasına gətirib çıxaracaq. Mövcud vəziyyətdə neftin qiymətidə azalıb. Neftin 1 dollar ucuzlaşmasının Azərbaycanın ixrac gəlirlərinə təsiri600-650 min dollardır. Koronavirus başlayandan bu günə qədər isə neftin qiyməti11 dollar ucuzlaşıb. Bu isə o deməkdir ki,gündəlik ixracdan zərərimiz 6,5-7 milyon dollar civarındadır”.

Ekspert hesab edir ki, virusun sərhədi keçəcəyitəqdirdə manata təzyiqlər daha kəskin xarakter alacaq, qiymətlər bahalaşacaq:"Virusla bağlı proses orta və uzun müddətli dövrə qədəm qoyacaqsa manatın məzənnəsinətəzyiqlər artacaq. Tədiyyə balansında risqlər yaranacaq. Azərbaycana idxal olunan mal və məhsulların əhəmiyyətlihissəsi Çin və İrandan gətirilirdi. 2010-cu ildə 13 milyard dollarlıq idxalolunub ki, bunun da 18 faizini Çin və İran bazarlarından gətirilən məhsullar təşkiledib. İndi bu məhsulların gətirilməsində məhduddiyyətlər tətbiq olunur ki, buqiymətlərin sürətlə artmasına gətirib çıxaracaq”.

R. Həsənov düşünür ki, Azərbaycaniqtisadiyyatı indiki halda belə bir çətin sitiuasiyalara hazır deyil: "Çatışmazlıqlarıkompensasiya etmək üçün yerli istehsal yoxdur. Odur ki, prosesin uzanması qiymətlərinkəskin artımı və ciddi qıtlıqla müşaiyyət oluna bilər. Sərhədyanı bölgədəyaşayan və gündəlik dolanışığı İrandan gətirilən xırda ticarət fəaliyyətindənasılı olan insanlar üçün də ciddi çətinliklər yaranacaq. Virusun turizmsektoruna da təsiri olacaq. Bütövlükdə götürdükdə, virusun yayılması domino effektilə iqtisadiyyatımızı iflichalına sala bilər”.

Mənbə: sfera.az