Ötən il Samuxda ümumi məhsul buraxılışı 159 milyon manat olub

Ötən il Samuxda ümumi məhsul buraxılışı 159 milyon manat olub

Keçən il Samux rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmir-tikintisi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Bu öz əksini rayon iqtisadiyyatının əsas göstəricilərində tapıb.

Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il rayon üzrə ümumi məsul buraxılışının həcmi 159 milyon manat təşkil edib.

O cümlədən, sənaye məhsullarının həcmi 6 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 89,4 milyon manat olub, tikintinin həcmi 20,6 milyon, nəqliyyat 3,2 milyon, rabitə 0,8 milyon və ticarət dövriyyəsi 38,9 milyon manat təşkil edib. Eyni zamanda, pərakəndə əmtəə dövriyyəsi 117,9 milyon manat, əhalinin gəlirləri 174,1 milyon manat olub.

Mənbə: azertag.az