Azərbaycan əhalisi yanvarda nağd dollar alışını azaldıb

Azərbaycan əhalisi yanvarda nağd dollar alışını azaldıb

Bu ilin yanvar aynda Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 216 294,6 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 83 332,8 min dollar və ya 27,8 % azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında ölkə əhalisi tərəfindən 136 098,4 min dollar və ya 38,6% daha az dollar alınıb.

Bundan başqa, bu ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 123 255,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 40 416,2 min dollar və ya 24,7%, 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə 46 637,9 min dollar və ya 27,4% azdır.

Mənbə: apa.az