Azərbaycanlı milyarder çoxlu pul itirib

Azərbaycanlı milyarder çoxlu pul itirib

Koronavirusun daha böyük coğrafiyanı əhatə etməsi dünyanın bir çox varlı insanlarına zərbə vurub. Xüsuilə rus milyarder böyük ziyan görüb.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatının özününkü saydığı azərbaycanlı Vahid Ələkbərov da çoxlu pul itirib. Onun sərvəti son sutkalarda 1,7 milyard dollar azalıb. İndi “Lukoyl”un rəhbərinin 23,1 milyard dolları var.

 

Vahid Ələkbərov

Ümumiyyətlə, Rusiyanın ən əsas milyarderləri 5,5 milyard dollar ziyana düşüb. Göründüyü kimi, ən çox zərər Vahid Ələkbərova dəyib. “Nornikel”in sahibi Vladimir Potaninin 1,1 milyard dolları gedib. Novolipetsk metallurgiya kombinatının və “Universal Cargo Logistics Holding”in sahibi Vladimir Lisin 791 milyon dollar itirib. “Severstal”ın həmsahibi Aleksey Mordaşovun itkisi bir az çoxdur (867 milyon dollar).

Son hadisələr iki rus milyarderi, ümumiyyətlə, siyahıdan çıxarıb. Ratmir Timaşev və Andrey Baronov daha dollar milyarderi sayılmırlar.

Mənbə: www.bizimyol.info