Azərbaycan məhsul ixracını artırıb - Qeyri-neft sektoru üzrə ixrac 141 milyon dollar olub

Azərbaycan məhsul ixracını artırıb - Qeyri-neft sektoru üzrə ixrac 141 milyon dollar olub

Azərbaycan məhsul ixracını artırıb. Bu ilin yanvar ayında ölkəmizdən qeyri-neft sektoru üzrə ixracda 2,5 faiz artım olub. Bu barədə İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin deportament rəhbəri Nicat Hacızadə açıqlama verib. Bu il Azərbaycandan xarici ölkələrə satılan məhsulların adları da açıqlanıb.

Bu ilin yanvar ayında ölkəmizdən məhsul ixracı 2,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac isə 141 milyon ABŞ dolları dəyərində olub. Xarici dövlətlərə daha çox satılan məhsullar isə qızıl, pomidor və qabığı təmizlənmiş meşə fındığı olub. Qeyri-neft sektoruna aid məhsullar əsasən Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Çinə ixrac olunub.

Bu ilin yanvar ayında meyvə-tərəvəz ixracı 42 milyon dollar təşkil edib. Həmçinin, pambıq lifi ixracı 10,7 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, elektrik enerjisinin ixracı isə 7,7 milyon ABŞ dolları olub. Bu ilin yanvar ayında Azexport.az portalına 42,1 milyon dollar məbləğində ixrac sifarişləri verilib.

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların dəyəri isə 85,2 milyon manat təşkil edib. Bu rəqəm ötən illə müqayisədə 3,5 faiz azdır.

atv.az

Mənbə: www.atv.az