Koronavirusa görə sarımsağa təlabat artıb - Sarımsağın qiyməti də qalxıb

Koronavirusa görə sarımsağa təlabat artıb - Sarımsağın qiyməti də qalxıb

Son günlər koronavirus görə sarımsağa təlabat artıb. Bu isə öz növbəsində paytataxt bazarlarında sarımsağın qiymətini artırıb. Qonşu Rusiyada da eyni mənzərə höküm sürür. Bəs görəsən sarımsağın qiyməti hazırda neçədir? Daha ətraflı əməkdaşımız Elşad Bayramoğlunun sujetində tanış ola bilərsiniz.

Son günlər paytaxt bazarlarında sarımsağın qiyməti artıb. Satıcılar deyir ki, qiymət artımına səbəb koronavirus təhülkəsidir. Əhali əvvəkkinə nisbətən daha çox sarımsaq istifadə edir.

Fermer isə deyir ki, bir ay öncəyə kimi sarımsaq ucuz olub. Bu səbəbdən də yalnız şəxsi istehlak üçün saxlayaraq qalanını əkiblər.

Qeyd edək ki, ötən il ölkəmizdə sarımsaq tədarükü 40 min tondan artıq olub. Bundan 1600 tonu xaricə satılııb. Xaricdən isə 200 ton sarımsaq gətirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, sarımsaq tədarükü çox olduğundan fermerlər məhsulu mövsümündə dəyər- dəyməzinə satdılar. Amma növbəti mövsümdə satış problemi yaşanmayacaq.

Yeri gəlmişkən qeyd edək ki, Rusiyada koronavirusa görə sarımsağın 1 kiloqramı 7 manat 80 qəpiyə satılır.

Mənbə: www.atv.az