"Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"

"Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"

İqtisadçı ekspert, ABŞ-in Rutgers universitetinin professoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində 2020-ci ildə Azərbaycan iqtisadiyyatını gözləyən mümkün hadisələr barədə danışıb. Onun sözlərinə görə, ölkədə, regionda və bütövlükdə qlobal səviyyədə baş verən dəyişikliklər iqtisadiyyatı təmamilə neft və qaz gəlirlərindən asılı olan Azərbaycan üçün ciddi fəsadlar yaradacaq. “Azərbaycanın xarici ticarətinin zəifləməsi, valyuta gəlirlərinin azalması fonunda yenidən devalvasiyanın baş verməsi müşahidə olunandır. Bu zaman isə Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq.”İqtisad elmləri doktoru onu da əlavə edib ki, son 15-20 ildə ölkəyə valyuta gətirən, dəyər yaradan sektorların inkişafına diqqəti artırmaq lazım idi. “Biz isə artıq gecikmişik. Hər il arxayınlaşmışıq ki, neftimiz var, dünya bazarında qiymət bahadır, BP onu hasil edəcək, SOCAR onu satacaq, gələn pullarla da Azərbaycanda tikinti layihələrinin maliyyələşdirməklə müəyyən bir korrupsiya sxemi qurulacaq və beləcə ölkədə bir inkişaf görüntüsü yaradılacaq. Hökümət bunu illərdi edirdi. İndi isə ölkəyə həmin gəlirlər gəlmir və onun yerini doldurmaq üçün lazım olan rəqabət qabiliyyətli qeyri-neft sektorumuz yoxdur.”

Mənbə: www.amerikaninsesi.org