“Azerbaijan Design Award” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Azerbaijan Design Award” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi və “Kreativ Azərbaycan” portalının tərəfdaşlığı ilə keçirilən “Azerbaijan Design Award” müsabiqəsi Azərbaycanda dizayn sənətinin keyfiyyətini yüksəltməklə yerli dizaynerlərin inkişafına töhfə vermək, eləcə də ən maraqlı dizayn işlərini müəyyən etmək məqsədilə təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim ediblər. 18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı, Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə və İrandan olan peşəkarlar da yer alıb.

Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla – “Apple Macbook Air 2019 noutbuku” ilə təltif ediləcək.

Mənbə: azertag.az