AZAL Tehrana uçuşları dayandırır

AZAL Tehrana uçuşları dayandırır

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır.

Bu barədə "Report"a AZAL-dan məlumat verilib.

Məlumata görə bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Mənbə: report.az