Şeyx Əbdüldən Afətə sərt sözlər: “Gərək insan bildiyi işi görsün !”

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiya hazırlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.

Yutub sosial şəbəkəsində yerləşdirilən “Sığmazam” kompozisiyası 16 saat ərzində 100 000-dən çox insan tərəfindən izlənilib.

Qeyd edək ki, bir müddət əvvəl Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə “Pəncu şeş” adlı mahnı oxyan azərbaycanlı müğənni Afət Fərmanqızı məlum vəziyyətə ironik yanaşıb. O bildirirb ki, Sami Yusfun ifasıə onu ifasınbı kölgədə qoya bilməyəcək:”Məni izləyənlər Sami Yusfdan çoxdur “.

Məlum kompozisiyanı yüksək dəyərləndirən xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov “Sherg.az”a söyləyib ki, bir zamanlar Afət Fərmanqızına “Pəncu şeş” mahnısı ilə bağlı iradlarını deyib:

“Gərək insan bildiyi işi görsün. Afətin Fərmanqızının ifası məni maraqlandırmırdı. O bildirmişdi ki, əccəb edib bu mahnını oxuyub. Hətta sözləri də “məndə sığar ikən cahan” kimi səsləndirirdi

Bu dərəcədə cəsarət edib təxribatla məşğul olmaq sözsüz ki, qəbuledilməzdir. Nəsimi üç dildə bilən və yazıb-yaradan dahi sənətkar olub. Nəsimi heç cür “məndə sığar ikən cahan” deməzdi.

Afət Fərmanqızının digər səhvi isə odur ki, o mahnını hind ritmləri üzərində oxduğunu söyləyirdi. Bunun Hindistana heç bir dəxli yoxdur. Bizim qədim dərviş ritmlərimiz var.

Bu ritm bütün dünyaya bizdən gedib. Hətta min il bundan əvvəl hindlilər atəşpərəst olduqları və oda sitayiş etmək üçün Suraxanıya ziyarətə gəliblər. O zaman bizim şaman dərvişlərimiz ritmlərimizi təbliğ edərdilər. Hindlilər də bu dərviş ritmlərini bizdən götürüb istifadə ediblər”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldo azərbaycanlı futbolçudan geridədir - FOTO

SONRAKI XƏBƏR

YAP-ın keçirdiyi tədbirin adı və formatı bizi qane etməyib – Müsavat başqanından açıqlama