Şövqü Hüseynov tək “Kontrabas”da

Oktyabrın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Zyuskindin “Kontrabas” tragikomediyası oynanılacaq.

Lent.az -ın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək.

“Kontrabas”I XX əsrin ən böyük nasirlərindən biri Patrik Zyuskind qələmə alıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi tamaşanın rejissora imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Qadın müəllim 61 yaşlı ərinin CİNSİYYƏT ORQANINI KƏSDİ - Stula bağladı... - FOTO

SONRAKI XƏBƏR

"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün" - VİDEO