Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ - Səhərə yaxın... - FOTO

Bəstəkar-müğənni Behbud Kərimov vəfat edib.

Milli.Az xəbər verir ki, Behbudun ölüm xəbərini müğənni Sevda Əliqızı sosial şəbəkə hesabından verib.

Xanım ifaçı həmkarının dünyasının dəyişdiyini "Bu gün səhərə yaxın çox gözəl insan, bəstəkar, müğənni həm də yaxın dostumuz Behbud Kərimov dünyasını dəyişdi. Heç inanmağım gəlmir. Allah sənə rəhmət eləsin, əziz dostum. Məkanın cənnət olsun. Yaxınlarına və ailəsinə səbr diləyirəm" şərhini yazaraq bildirib.

Təhməz Təkin
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

London Birjasına 32 milyard sterlinlik təklif

SONRAKI XƏBƏR

“Əkiz qüllələr”in “qüsursuz” məhvindən 18 il ötür - MARAQLI FAKTLAR