Moskvada “Nar festivalı” - VİDEO

Rusiyanın paytaxtı Moskvanın "Krasnaya Presnya" Mədəniyyət parkında “Nar festivalı” keçirilib.

Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti ictimai təşkilatının keçirdiyi festifalda Azərbaycandan dəvət edilmiş nümayəndə heyəti də iştirak edib.

Tədbirdə bildirilib ki, təşkilatçılar “Nar festivalı”nın təkcə Azərbaycanın yox, həm də moskvalıların bayramı olmasına çalışırlar.

Moskvanın milli icmalarının nümayəndələr festivalda iştirak ediblər. Moskva şəhər meriyası da festival iştirakçılarına təbrik ünvanlayıb.

Çıxış edənlər bildiriblər ki, “Nar festivalı” Moskvanın çoxmillətli ruhunu, eləcə də, Azərbaycan ənənələrini nümayiş etdirir. Azərbaycan əhalisinin 90 faizindən çoxunu müsəlmanların təşkil etdiyi dünyəvi dövlətdir. Digər dinlərin nümayəndələri də Azərbaycanda özlərini rahat hiss edirlər. Xristian məbədləri və sinaqoqlar təmir edilir, digər xalqların dil və mədəniyyətinə böyük hörmət var.

Festivala konsert proqramı ilə yekun vurulub.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)

SONRAKI XƏBƏR

Daha bir azərbaycanlı qız özünü məşhur eskort saytında satışa çıxardı