Leyla Əliyeva Bakı bulvarında sərgidə - Foto

“Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisi bakı bulvarında

Sentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.

"Yeni Sabah" xəbər verir ki, layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır.

PopulyarxəbərlərGömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...Lerik İcra başçısının vətəndaşdan rüşvət tələb etdirməsinin şok səs yazısı - QalmaqalGədəbəy DSMF rəhbəri nazir Sahil Babayevə kələk gəldi - FaktlarRüfət Aslanlının bankı problemli kreditlər bataqlığında - “Bank Avrasiya” iflasın eşiyində...

Açılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgi 9 sentyabrdan- 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Nazim Süleymanov: “AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır ki, fəaliyyət göstərək”

SONRAKI XƏBƏR

Ağcabədidə minik maşını ilə traktor toqquşub