62 yaşlı “Dar ağacı“ - VİDEO

62 yaşlı “Dar ağacı“ - VİDEO

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

"Salam Dar ağacı" şeirindəki bu cür misralarla oxucularınının daha çox rəğbətini qazanan şair publisist Rüstəm Behrudi 1957-ci ilin 12 sentyabrında Ordubad rayonunun Behrud kəndində ziyalı ailəsində dünyaya göz açıb.

Ordubad rayonunun Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışan Behrudi yaradıcılığı da maraq göstərir və yazdığı şerlərlə insanların qəlbinə yol tapmağı bacarır.

R.Behrudi yaradıcılıq yolunun bütün mərhələlərində bir amala xidmət etməyə çalışıb: Türk ruhunun poetik nəbzini tutaraq dünyanın aparıcı etnosu olan bu qədim toplumun bəşəriyyətə bəxş etdiyi ən yaxşı çəhətlərini qabartmaq, sivilzasiya tarixinə qatmaq.

Şair şeirlərində Şaman kimi türkə dua oxuyur, Boz Qurd kimi milləti döyüşərək özünü xilas etməyə səsləyir, qərib dərviş tək haqqa sığınaraq etnosdaşını ali həqiqətə doğru aparmaq, sevdiyi insanları Tanrının Göy çadırı altına yığmaq istəyir, hətta ata dili üstə millətə ağı deyir, insanı ali nemət olan azadlığa qovuşmaqdan ötrü mübarizəyə qaldırır, yalqızlığı ilahiləşdirir, hər yerdə sevgi axtarır…

Rüstəm Behrudinin şeirləri vətəni sevməyə və sevdirməyə gücü çatan poeziya nümunələridir.

O “Salam Dar ağacı” “Şaman duası” “Yaddaşlara yazın bunu” və digər şer kitablarının müəllifidir

Şairin Türk dünyası oxucuları arasında sevilən kitabları həm Azərbaycanda, həm Türkiyənin İstanbul, Ankara, İzmir, şəhərlərində işıq üzü görüb. Əsərləri rus, ingilis, fransız, çex, türk, polyak, özbək, qazax, qırğız və başqa dillərə tərcümə edilib.

Mənbə: www.realtv.az