“Bu problem deyilməyə-deyilməyə bəlaya çevrilə bilər”

“Bu problem deyilməyə-deyilməyə bəlaya çevrilə bilər”

Qarşıdan 18 sentyabr –Milli Musiqi Günü gəlir.

Maraqlıdır, müasir Azərbaycanmusiqisi ölməz sənətkar Üzeyir Hacıbəyovun əsasını qoyduğu milli musiqi dəyərlərinəyetərincə sadiqlik sərgiləyə bilirmi? Bu günün Azərbaycan musiqisi mili köklərəbağlılıq, peşəkarlıq baxımından Ü.Hacıbəyov prinsiplərinə cavab verirmi?

Moderator.az-a açıqlamaverən xalq artisti Mübariz Tağıyev ümumilikdə vəziyyətin qənaətbəxş olduğunusöyləsə də, onu narahat edən məqama da diqqət çəkdi:

“Mənə elə gəlir ki, sonillər Azərbaycanda fəaliyyət göstərən sənət ocaqları, musiqi məktəbləri, ikikonservatoriya bu prosesdə fəal iştirak edir. Buraxılış imtahanlarına baxanda həqiqimənada ürəkaçan, istedadlı gənclərin səhnəyə gəlməkdə olduğunu görürük. Bu mənadahesab edirəm ki, hər şey öz qaydasındadır. Sadəcə olaraq, insanlarıqıcıqlandıran bir məqam var ki, bu da təməli qoyulmuş istiqamətdən bəzi hallardamüəyyən uzaqlaşmalarla bağlıdır. Lakin bu, vaxtın, zamanın nəbzi ilə bağlıdır. Axtarışlargedir. Bunun qarşısını almaq mümkün deyil. Mən onu nəzərdə tuturam ki, müəyyən mahnılarda fars, hind və digər mənbələrdəngötürülmüş uydurmalar yer alır. Bu, deyilməyə-deyilməyə bəlaya çevrilə bilər. Hazırlıqlıinsanlar bu işlə məşğul osla, hər şey öz qaydasında olar”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az