Kseniya Sobçakın toy günü və qonaqların sayı — BƏLLİ OLDU

Kseniya Sobçakın toy günü və qonaqların sayı — BƏLLİ OLDU Teleaparıcı Kseniya Sobçak və teatr rejissoru Konstantin Boqomolovun toyunda 300 nəfərədək qonaq iştirak edəcək.
Faktaz.com “kr.ru”ya istinadən xəbər verir ki, artıq toya dəvət olunan qonaqların bir qisminin adı bəlli olub. Onlar arasında Rusiyanın tanınmış simaları var. Qonaqların arasında rejissor Fyodr Bondarçuk və xanımı Paulina Andreyeva, Birinci kanalın baş direktoru Konstantin Ernst xanımı Sofya Ernst, aktrisa Renat Litvinov, müğənni Zemfira, “Leninqrad” lideri Sergey Şnurovun keşmiş arvadı Matilda, dizayner Ulyana Sergeenko və sairləri var.
Toyun tamadası aktyor İqor Vernikdir.
Toya eyni zamanda “Rostex”in başçısı Sergey Çemezov, müdafiə nazirliyinin departament rəhbəri Yevgeniy Vasilyevə dəvət göndərilib.
Toy sentyabrın 13-də Moskvada olacaq və ən aşağısı 16 milyon rubla başa gələcək.

Faktaz.com

ƏVVƏLKİ XƏBƏR

"Partiyaların dialoquna bizə dəvət gəlməyib" — Natiq Cəfərli

SONRAKI XƏBƏR

Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb