Kseniya Sobçakın dəbdəbəli gəlinlik paltarı

Kseniya Sobçakın dəbdəbəli gəlinlik paltarı

Rusiyalı aparıcı və jurnalist Kseniya Sobçak rejisor Konstantin Boqomolov ilə sabahkı toy məclisinə israilli modelyer Galia Lahavın gəlinlik paltarında gedəcək.

"Mash" xəbər verir ki, modelyerin gəlinlik paltarları 7,5-15 min dollar civarındadır. Sobçak üçün bu paltarı əməkdaşlıq etdiyi Bosco şirkəti pulsuz təqdim edəcək.

Sobçak və Boqomolovun toy məclisi senyabrın 13-də Petrovski passaj ticarət mərkəzində keçiriləcək və azı 16 milyon rubla başa gələcək.

300 nəfərlik toy mərasimində Bondarçuk, Litvinova, Zemfira, Ernst və digər məşhurlar iştiral edəcək.

Mənbə: www.oxu.az