Balidə 20 milyona villa alacaq

Balidə 20 milyona villa alacaq

Rusiya aparıcı və müğənnisi Olqa Buzova Bali adasında 20 milyon rubl məbləğində villa alacaq.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, yeni şousunun çəkilişləri ilə bağlı İndoneziyaya yollanan artist orada 500 kv.m-dən çox sahəsi və 6 yataq otağı olan evlə maraqlanıb.

“Bu günlərdə Olqa dostları ilə bərabər Cimbaran elit rayonunda 500 kv.m-dən çox sahəsi olan bizim ən yaxşı villalarımızdan birinə baxırdı”, - yerli agentliyin rieltoru deyib.

Evin həyətində günəş vannası qəbul etmək üçün şezlonqlar və 16 metrlik hovuz var.

Mənbə: qafqazinfo.az