Mədəniyyət naziri mediaya DƏRS KEÇDİ

Mədəniyyət naziri mediaya DƏRS KEÇDİ

"Kimin isə dalınca danışmaq, incəsənət xadimlərimizi alcaltmaq olmaz. Çünki bədnam qonşular bunu görüb sevinir. Mənim dediıklərimi yazanda belə, diqqət edin, yazının da bir üslubu, bir tərzi var".
News24.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında söyləyib. O, media nümayəndələrinə səslənib:
"Xahiş edirəm sözlərimi tərbiyə vermək kimi dəyərləndirməyin. Biz nə qədər çalışsaq da, insanların gözündə mədəniyyətimiz məhz sizin vasitəniz, sizin qələminizlə təqdim olunur. Sizin yazdığınız təhlilləri, tənqidləri yüzlərlə insanlar oxuyur. Sevinirəm ki, tərif yox, real yazı ərsəyə gətirirsiniz. Amma kimin isə dalınca danışmaq, incəsənət xadimlərimizi alcaltmaq olmaz. Çünki bədnam qonşular bunu oxuyub ancaq sevinirlər. Hər bir sənətkarın özünəməxsus yeri var. Siz də bizim kimi onlara dəyər və hörmət etməlisiniz. Hər bir təhlildə qarşılıqlı senzura olmalıdır. Tənqid peşəkarlıqla bağlı olmalıdır. Kiminsə xoşuna gəlir, ya gəlmir söhbəti olmamalıdır. Azərbaycan mədəniyyəti haqqında danışarkən xahiş edirəm, fikir verin. Bu, addımınızla cəmiyyətimizin tərbiyəsində rol oynayacaqsınız. Gəlin, yeni mövsümdə çağırış edək və heç kim sözümüzü bizim əleyhimizə istifadə edə bilməsin, özümüzü real olaraq tənqid edək, inkişaf edək, amma eyni zamanda daxili senzuramıza fikir verək. Əminəm ki, biz buna nail olacayıq".

Sevda Bayramova

Mənbə: news24.az