Timatinin mahnısı “YouTube”-da bəyənilməmə rekordu qırıb

Rusiya prezidenti Putinə pərəstişi ilə tanınan məşhur repçi Timatinin 8 sentyabrda keçirilmiş mübahisəli Moskva Duması seçkilərindən bir gün əvvəl Kremlin adamı, paytaxt meri Sergey Sobyaninə həsr etdiyi tərif mahnısı "YouTube"-də bəyənilməmə rekordu qırıb.

1.48 milyon insanın bəyənmədiyi və üç gün sonra "YouTube"-dan silinən "Moskva" mahnısı dünya üzrə ən çox bəyənilməyən 30 mahnı siyahısına daxil olub. Onu sadəcə 85 min nəfər bəyənib.

Müxalif namizədlərin seçkidən kənarlaşdırılmasına görə keçirilmiş etiraz aksiyalarını tənqid edən mahnıda "Aksiyalara qatılmıram. P.x işlərə qarışmıram" kimi sətirlər var.

Putin Rusiyada nüfuzunu itirirmi?#Susamam: Türkiyə ictimaiyyətini silkələyən klip necə yaranıb?Altun Zeynalov: "İnsanlarda incəsənətə, musiqiyə tələbat yoxdur"

"Moskva: şərəf yürüşlərinə icazə verilməyən şəhər"

Mahnıda Moskva "şərəf yürüşlərinə icazə verilməyən şəhər" olaraq tanıdılır, Putinin dəstəklədiyi indiki paytaxt meri Sobyaninə təriflər yağdırılır.

Əsl adı Timur Yunusov olan repçi "Bu hamburgeri Sobyaninin şərəfinə yeyirəm" deyir.

Timati 2015-ci ildə səsləndirdiyi "Ən yaxşı dostum Putindir" mahnısında Rusiya prezidentini "super qəhrəman" olaraq tanıtmışdı.

Çoxsaylı tənqidlərdən sonra mahnıya çəkdiyi video-klipi "YouTube"-dan silən Timati "İnstaqram"dakı açıqlamasında yazıb ki, video üçün Kremldən pul alması iddiası doğru deyil, mahnını "neqativlik dalğasını dayandırmaq üçün" yazıb:

"Bu gün hakimiyyəti tənqid etmək dəb düşüb. Aksiyalara qatılmaq əvəzinə çalışıb özünüzü inkişaf etdirin".

Mahnının müəyyən qismini ifa etmiş Guf adlı müğənni isə pərəstişkarlarından üzr istəyib, "Bazar günü seçki olduğunu bilmirdim" deyib.

Moskva Dumasına seçkilərdə Putinin "Vahid Rusiya" partiyası şəhər dumasında say çoxluğunu qoruya bilsə də, ciddi səs itkisinə məruz qalıb.

Bbc.com/azeri

ƏVVƏLKİ XƏBƏR

“KİA” ilə toqquşan motosikletli havada "uçdu": kaskası sayəsində sağ qaldı - VİDEO

SONRAKI XƏBƏR

Donald Tramp: FRS Avropa Mərkəzi Bankının ardınca faiz dərəcələrini azaltmalıdır