Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO

Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO

Polis Xüsusi Təyinatlısı atası kimi 37 yaşında və eyni tarixdə şəhid olub.

Moderator.az xəbər verir ki, Mardində 7 sentyabrda Polis Xüsusi əməliyyat şöbəsi müdiri Tufan Kansuvanın şəhid olduğu əməliyyatda ağır yaralanan Abdullətif Əkmən bu gün xəstəxanada şəhid olub. Yaxınları bildirib ki, onun atası Məhmət Əkmən də 26 il əvvəl, 37 yaşında olarkən PPK tərəfindən şəhid edilib.

Həkimlər əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. A.Əkmənin atası 1993-cü ildə şəhid olub. Maraqlısı isə odur ki, ata və oğul eyni yaşda şəhid olmaqla yanaşı, onların ölüm günləri də eyni günə təsadüf edib.

Allah rəhmət eləsin!

Vasif Əlihüseyn

Mənbə: moderator.az